Xaçmaz və Masallıda biçilmiş taxıl sahələri yanıb

Xaçmaz və Masallıda biçilmiş taxıl sahələri yanıb
# 03 iyul 2015 01:17 (UTC +04:00)

Bakı-APA. Xaçmaz və Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Sabiroba kəndində vətəndaşa məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Masallı rayonu, Böyük Xocavar kəndində (rayon mərkəzindən 6 km aralı) isə kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR