Kürdəmirdə yük avtomobili yanıb - VİDEO

Kürdəmirdə yük avtomobili yanıb - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 14:40 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 209-cu kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Fikrət Əliheydərova məxsus otla dolu “KamAZ” markalı yük maşınında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Qısa müddətdə yanğının qarşısı alınıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR