Fövqəladə hallar naziri: “Son 4 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halı baş verməyib”

Fövqəladə hallar naziri: “Son 4 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halı baş verməyib”
# 16 dekabr 2014 14:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümünə həsr olunmuş təntənəli iclasda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, cari ilin 11 ayı ərzində neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, metallurgiya, kimya, neftkimya və neftqaz emalı sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri və dəmiryolu nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 3554 müəssisədə 36 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, təhlükəsiz istismar qaydalarına əməl olunmasına 2641 “Göstəriş” aktı verilib. 6 minə yaxın fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.

Fövəladə hallar naziri qeyd edib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunmasına nəzarət sahəsində işlər davam etdirilib. O cümlədən, 3350 obyektə texniki baxış keçirilib, onlardan 1699 obyektə qüsurların aradan qaldırılması üçün “Tapşırıq”lar verilib.

Agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 2300-dən artıq layihə sənədlərinə baxılıb, bir sıra hallarda verilən təkliflər əsasında ciddi nöqsanlar aradan qaldırılaraq tikintinin texniki iqtisadi göstəriciləri xeyli yaxşılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR