Səfir Hidayət Orucov Qırğızıstan İctimai Teleradio Yayım Korporasiyanın baş direktoru ilə görüşüb - FOTO

Səfir Hidayət Orucov Qırğızıstan İctimai Teleradio Yayım Korporasiyanın baş direktoru ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 avqust 2015 09:05 (UTC +04:00)

Bakı-APA. Qırğız Respublikasının İctimai Teleradio Yayım Korporasiyasının(KTRK) baş direktoru İlim Karıpbekov ilə Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov arasında görüş keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir, baş direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Baş direktor uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın son illər qazandığı nailiyyətləri ilə Qırğızıstanda fəxr edildiyini, əlaqələrimizin inkişafında, xüsusilə televiziya sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını söyləyib.

Səfir qeyd edib ki, son vaxtlar bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Axır iki ildə həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və Qırğızıstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.

İ.Karıpbekov son illərdə dövlətlərimizin yeni münasibətlər sistemində əsaslı əməkdaşlığı təməlinin qoyulduğunu vurğulayıb.

Görüşdə imzalanması nəzərdə tutulan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikasının İctimai Teleradio Yayım Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş layihəsindən söz açılıb və baş direktor Sazişin imzalanması üçün hazır olduqlarını bildirib.

Tərəflər Azərbaycan həqiqətlərini Qırğızıstanda, Qırğızlstan gerçəkliklərinin Azərbaycanda yayılması, üçün konkret təklifləri müzakirə etdilər və ümumi razılığa gəliblər.

İ.Karıpbekov qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Hidayət Orucov KTRK-nın “Azərspace-1” peykinin resurslarından istifadə etməyə başlaması ilə əlaqədar İ.Karıpbekova təşəkkür edib, Qırğızıstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini qeyd edib.

Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt Azərbaycan prezidenti İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR