Rusiyanın ən böyük sığorta şirkəti Azərbaycanda təkrarsığorta ilə bağlı yeni layihələr üzərində işləyir

Rusiyanın ən böyük sığorta şirkəti Azərbaycanda təkrarsığorta ilə bağlı yeni layihələr üzərində işləyir
# 20 avqust 2015 12:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov –APA-Economics. Rusiyanın ən böyük sığorta şirkəti “SOQAZ” xarici ölkələrdə təkrarsığorta əməliyyatlarını genişləndirmək niyyətindədir.

APA-Economics” “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə “SOQAZ” sığorta şirkətinin icraçı direktoru, İdarə Heyətinin üzvü Dmitriy Talaev gələcək planlarla bağlı danışarkən məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət bununla bağlı keçmiş sovet ölkələri ilə aktiv şəkildə işləyir.

“Əsasən maraq dairəmizdə Azərbaycan və Qazaxıstandır. Burada korporativ müştərilərlə bir neçə iri layihəmiz var. Mən ümid edirəm ki, bu inkişaf üçün kifayət qədər böyük təkan olacaq”, - deyə D.Talaev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR