Rusiya Müdafiə Nazirliyi qoşunların Ukrayna sərhədinə yaxınlaşması ilə bağlı məlumatları təkzib edib

Rusiya Müdafiə Nazirliyi qoşunların Ukrayna sərhədinə yaxınlaşması ilə bağlı məlumatları təkzib edib
# 07 noyabr 2014 11:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Kanada xarici işlər nazirinin, habelə ABŞ və NATO nümayəndələrinin Rusiya qoşunlarının guya Ukrayna sərhədinə doğru hərəkət etməsi ilə bağlı bəyanatlarının sübutu yoxdur. Bu bəyanatlar şayiələrə əsaslanıb".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Məlum bəyanat sübut göstərilmədən verilib. Vahid mənbədən olan bəyanatlar Ukraynanın cənub-şərqindəki münaqişə ətrafındakı vəziyyətin qızışdırılmasına yönəlib. Həmin mənbə bu gun Kiyevdə inzibati binaların birində məskunlaşsa da, Ukrayna mənşəli deyil", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Kanada xarici işlər naziri Rusiya qoşunlarının Ukrayna sərhədinə yaxınlaşması ilə bağlı məlumatlardan narahat olduğunu açıqlayıb. O, Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən dərhal geri çəkməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR