Bakıda baş verən qəza zamanı yol təsərrüfatına 11 min manatlıq ziyan dəyib - FOTO - VİDEO

Bakıda baş verən qəza zamanı yol təsərrüfatına 11 min manatlıq ziyan dəyib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 14:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün səhər saatlarında Bakı - Qazax - Gürcüstan sərhədi avtomobil yolunun 16-cı kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, Bakı istiqamətində hərəkət edən “İveco” markalı yük maşını idarəetməni itirərək, yolun hərəkət hissələrini ayıran əyrixətli tirə çırpılıb. Bunun nəticəsində 120 paqon/metr əyrixətli tir və 1 ədəd işıq dirəyi yararsız hala düşüb.

Bununla yanaşı, yolun bir neçə yüz metrlik hissəsinə avtomobildən yağ axıb. Yoldakı sürüşkənliyi aradan qaldırmaq üçün “Azəryolservis”in işçi briqadası yolun hərəkət hissəsinə qum səpib.

Hadisə nəticəsində yol təsərrüfatına 11 manatlıq ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR