Leyla Əliyeva FAO-nun Azərbaycandakı xoşməramlı səfiri seçilib

Leyla Əliyeva FAO-nun Azərbaycandakı xoşməramlı səfiri seçilib
# 25 may 2015 14:41 (UTC +04:00)

Bunu “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi və Texniki Yardımın təmin edilməsi üzrə Saziş” və “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” Sazişinin imzalanması mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

“Hesab edirik ki, Leyla xanımın da bu prosesə qoşulması bizim FAO ilə əlaqələrimizin genişləndirilməsinə və daha da inkişaf etdirilməsində müstəsna rol oynayacaq. FAO-nun “Əlaqələndirmə və Tərəfdaşlıq ofisi” dünyada 4 və ya 5 yerdə ofisi var. Bunlardan biri də Azərbaycandadır. Biz fəxr hissi duyuruq ki, Azərbaycanda həm FAO-nun regional ofisi, həm də “Əlaqələndirmə və Tərəfdaşlıq ofisi” açılıb”, – deyə H. Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR