Britaniyanın Azərbaycandakı səfirliyi: Vizaların verilməsində gecikmələr ola bilər

Britaniyanın Azərbaycandakı səfirliyi: Vizaların verilməsində gecikmələr ola bilər
# 16 mart 2015 12:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Britaniya Viza və Miqrasiya Xidməti bayram günlərində vizaların gecikə biləcəyi ilə bağlı xəbərdarlıq edib. APA-nın Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbulda yerləşən Britaniya Viza və Miqrasiya Xidmətinin məlumatında qeyd olunur.

Məlumata əsasən Novruz bayramı ilə əlaqədar 20-27 mart tarixlərində Bakı və İstanbul arasında sənədlərin qəbulu və geri göndərilməsində bəzi gecikmələr ola bilər: “Vizanın verilmə müddətini tezləşdirən 'priority visa' xidmətinə baş vuranların sənədlərinə hər zaman olduğu kimi, daha tez baxılacaq, lakin qeyd etdiyimiz kimi, ümumi prosedurda gecikmələr yaşana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR