Bank Of Baku

Mərkəzi Bank 5 milyon manatlıq mənimsəmədə təqsirləndirilən keçmiş bank rəhbəri ilə bağlı sorğuya cavab verib

Mərkəzi Bank 5 milyon manatlıq mənimsəmədə təqsirləndirilən keçmiş bank rəhbəri ilə bağlı sorğuya cavab verib
# 25 aprel 2018 13:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən  "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Niyazi Vəliyev və bankın Maliyyə Departamentinin direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Mərkəzi Bankın müxbir hesabından çıxarışla əlaqədar sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğuya cavab gəlib. Cavabda bildirilib ki, hazırda bank məcburi ləğvetmə prosesində olduğu üçün, bütün sorğular Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmalıdır.

 

Proses mayın 2-də davam etdiriləcək.

 

Qeyd edək ki, "DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib.

 

İttihama görə, təqsirləndirilən şəxslər 5 milyon manatlıq vəsaiti mənimsəməkdə ittiham edilir.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR