Vaşinqtonda “erməni soyqırımı” muzeyi və memorialı yaradılacaq

Vaşinqtonda “erməni soyqırımı” muzeyi və memorialı yaradılacaq
# 15 oktyabr 2014 07:55 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ paytaxtında “Erməni soyqırımı” muzeyi və memorialı yaradılacaq.

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, Qafesçyan ailə fondu layihənin texniki-iqtisadi əsaslanması üzrə konsultasiyalara başlayıb.

Bildirilir ki, bu qərar Vaşinqtonda layihə üçün nəzərdə tutulan ərazi ətrafında uzun sürən məhkəmə proseslərindən sonra qəbul olunub. Fondun sədri Ketlin Qaveçsyan deyib ki, layihənin əsaslandırılmasından sonra Vaşinqtonun mərkəzində böyük bir “soyqırım” muzeyinin tikintisinə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR