İrəvanın mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı təşkil olunan etiraz aksiyasına 60 nəfər qatılıb

İrəvanın mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı təşkil olunan etiraz aksiyasına 60 nəfər qatılıb
# 17 iyul 2015 23:43 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, mitinqin ötən gün Bakı vaxtı ilə saat 20.00-a təyin olunmasına baxmayaraq, insanlar meydana gec gəlməyə başlayıb və bu səbəbdən aksiya bir saat gec baş tutub.

Aksiyanın izdihamlı olacağına ümid edən təşkilatçılar vətəndaşların passivliyindən məyus olduqlarını gizlətməyiblər. Etiraz hərəkatının liderlərindən biri olan David Sanasaryan həmvətənlərini fikir ayrılıqlarını və ziddiyyətləri kənara qoyaraq elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə ideyası ətrafında birləşməyə çağırıb.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd 11 nəfərdən ibarət Şura tərəfindən idarə olunacaq “Ermənistan Qalx!” etiraz hərəkatının yaradıldığını elan etmək olub. Hərəkatın nizamnaməsi və proqramı elan edilib.

Məlumata görə, aksiya iştirakçıları mitinq bitməmiş dağılışmağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR