Bank Of Baku

Dieqo Maradona istefaya getmək fikrini dəyişib

Dieqo Maradona istefaya getmək fikrini dəyişib
# 01 may 2018 01:14 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getmək fikrini dəyişərək klubla müqaviləni daha 1 il müddətinə uzadıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Əl-Füceyrə” futbol klubunun  rəsmi “Tvitter” səhifəsində bildirilir.

 

Aprelin 27-də Maradonanın “Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verdiyi barərə məlumat yayılmışdı. Buna səbəb kimi BƏƏ çempionatının ikinci divizionunda çıxış edən “Əl-Füceyrə”nin yüksək liqaya birbaşa vəsiqə qazana bilməməsi göstərilirdi. 

 

Qeyd edək ki, Maradona 2017-ci ilin mayında kluba gətirilib. Bundan əvvəl o Argentinanın “Rasinq” (1995-ci il), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” (2011-2012) klubu və Argentina yığmasına (2008-2010) başçılıq edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR