Azərbaycanın sığorta bazarının 70%-dən çoxu könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 70%-dən çoxu könüllü formalaşıb
# 18 mart 2015 10:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 71,5%-i və ya 72,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 28,9 mln. manat və ya bazarın 28,5%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 45,5% artıb.

2 ay ərzində ümumi ödənişlərin 72%-i və ya 17,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 34% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 6,7 mln. manat və ya ümumi bazarın 28%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 23,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 18 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 30,7 manatdan 23,2 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR