Azərbaycanda keçirilən ilk sınaq imtahanının nəticələri açıqlanıb

Azərbaycanda keçirilən ilk sınaq imtahanının nəticələri açıqlanıb
# 09 aprel 2015 12:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda keçirilən ilk sınaq imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib.

Qeyd edək ki, TQDK ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də sınaq imtahanı keçirib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub. İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


İlk sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48343 abituriyentdən 2231 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46102 abituriyentin imtahan nəticələri yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR