Binəqədidə 2 aprel döyüşlərində şəhid olan hərbçilər anılıb

Binəqədidə 2 aprel döyüşlərində şəhid olan hərbçilər anılıb
# 13 avqust 2016 15:07 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonunda 12 Avqust Beynəlxalq Gənclər Günü ilə bağlı tədbir keçirilib. Binəqədi rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bir qrup binəqədili gənc Azərbaycan Ordusunun 2 aprel döyüşlərində şəhid olmuş əsgərləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun məzarlarını ziyarət ediblər. Binəqədi gəncləri adından şəhidlərin məzarları önünə əklil qoyulub.

Gənclər şəhidlərin göstərdikləri qəhrəmanlıqlar haqqında çıxış edib, onlarla fəxr etdiklərini vurğulayıblar. Şəhidlərin valideynləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirib və gənclərimizi vətənpərvər ruhda böyüməyə səsləyiblər. Sonda gənclər tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR