UEFA “Qəbələ”nin oyunu ilə bağlı qərarını açıqlayıb

UEFA “Qəbələ”nin oyunu ilə bağlı qərarını açıqlayıb
# 15 iyul 2015 11:00 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq “Qəbələ” rəqibini Bakıda qəbul edəcək. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də keçirilməli olan matç paytaxtdakı “Bakcell Arena”da baş tutacaq.

“Qəbələ” klubu əvvəlcə “Çukariçki”yə müraciət edərək, matçın Bakıda keçirilməsi ilə bağlı onların razılığını aldıqdan sonra AFFA-ya məktub ünvanlamışdı. Federasiya da öz növbəsində, həmin məktubu UEFA-ya göndərmişdi.

Avropanın ali futbol qurumu “Qəbələ”nin istəyini müsbət cavablandırıb.

Qeyd edək ki, iyulun 23-də Bakıda “Qəbələ” – “Çukariçki” matçından əlavə, “İnter” – “Hafnafyordur” görüşü də keçiriləcək. Hər iki oyun 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR