Şirvan sakinini ölümlə hədələyən şəxs tutulub

Şirvan sakinini ölümlə hədələyən şəxs tutulub
# 02 mart 2015 13:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sabirabad rayon sakinindən tapança götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 1-də Şirvan şəhərində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Mirişov xuliqanlıq zəminində şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Heybətovu alışqan və “Start” markalı idman tapançaları ilə öldürəcəyi ilə hədələyib.

E.Mirişov Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və ondan tapança götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR