Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - FOTO - VİDEO

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 aprel 2015 09:13 (UTC +04:00)

Bakı. Ağa Cəfərli – APA. NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR