Dünya fond bazarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarında əksər səhmlər bahalaşıb
# 24 fevral 2015 06:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,13% - 18 116,84 bəndədək, S&P 500 0,03% - 2 109,66 bəndədək azalıb, NASDAQ 0,10% - 4 960,97 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,04% - 6 912,16 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,73% - 11 130,92 bəndədək, Fransa CAC-40-ı 0,65% - 4 862,30 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,57% - 18 571,44 bəndədək, Shanghai 0,76% - 3 246,91 bəndədək artıb, Hang Seng 0,57% - 24 694,03 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,30 dollar bahalaşaraq 1 203,10 dollara, gümüş isə 0,10 dollar bahalaşaraq 16,40 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR