Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Aprel - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Aprel - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 17:10 (UTC +04:00)

Mahiyyətindən asılı olmayaraq münaqişələrin dinc yolla həlli üçün tələb olunan əsas məsələ etimad mühitinin formalaşdırılmasıdır. Diplomatların üzərinə düşən ən çətin məqam da budur, çünki istənilən münaqişə etimad mühitini zədələyən elementlərlə zəngin olur. İranla Qərb arasında “soyuq müharibə”nin uzun illər davam etməsi də bundan qaynaqlanır, tərəflər bütün cəhdlərə rəğmən bir-birinə sonadək etibar edə bilmirlər. Nüvə probleminin həllinə dair əsas prinsiplər razılaşdırılsa belə, istər İran, istərsə ABŞ-dan səslənən bəyanatlar göstərir ki, tərəflərin razılaşmaya əməl ediləcəyinə inamı azdır. Barak Obamanın “İran razılaşmaya əməl etməsə, bunu hər kəs biləcək” bəyanatı, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın “İranın güzəştə getdiyinə hələ də təəccüblənirəm” deməsi, ardınca isə ayətullah Xamneyinin “saksiyalar ləğv olunmasa, heç bir sənəd imzalanmayacaq” açıqlaması bunu təsdiqləyir. Bu bəyanatlarla həm İran, həm ABŞ razılaşma pozulacağı təqdirdə özünə haqq qazandırmaq üçün əl yeri qoymuş olur. Demək ki, İranın nüvə problemi ilə bağlı razılaşmanı hələlik ciddi qəbul etmək hələ tezdir. Bu razılaşma mahiyyətcə Ukraynada münaqişənin nizamlanmasına dair Minsk razılaşmasından hələlik fərqlənmir. Minsk razılaşmasının taleyinin necə olduğu isə göz qabağındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR