Sumqayıtda baş verən yanğında bir nəfər xəsarət alıb

Sumqayıtda baş verən yanğında bir nəfər xəsarət alıb
# 13 aprel 2015 09:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda yaşayış evi yanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 12-də saat 01.00 radələrində Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakini Vaqif Xəlilovun həyətindəki 1 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, habelə yanıq xəsarəti almış orada kirayədə yaşayan Biləsuvar rayon sakini Nurlan Hüseynli xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR