Bakıda avtomobil 5 yaşlı uşağı vurub.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 3 azyaşlı Azadlıq prospekti yaxınlığında yolu keçmək istəyərkən "Volkswagen" markalı minik maşını onlardan birini - 5 yaşlı Gülay adlı uşağı vurub. Nəticədə xəsarət alan uşaq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.