Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb
# 15 iyul 2016 10:02 (UTC +04:00)


Bakı. Türbət Bağırova - APA. Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş keçirilir.

APA-nın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də aktual regional və beynəlxalq məsələlər müzakirə edilir.

Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR