“Azneft” dairəsindən Dövlət Bayrağı Meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

“Azneft” dairəsindən Dövlət Bayrağı Meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 16 sentyabr 2014 13:34 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə verdiyi məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması qeyd olunan avtomobil yolunun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədardır.

P. Mürsəliyev əlavə edib ki, sabah saat 9:00-da Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Eyni səbəbdən sabah saat 22:00-da Bibiheybət qəsəbəsindən Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR