Gələn il Azərbaycanın qeyri-neft sektoruna 14 mlrd. manat investisiya yönəldiləcək

Gələn il Azərbaycanın qeyri-neft sektoruna 14 mlrd. manat investisiya yönəldiləcək
# 15 oktyabr 2014 12:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2015-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 19,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 72,8%-i daxili investisiyaların, 27,2%-i isə xarici investisiyaların payına düşür.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

Ümumi investisiyaların 14,0 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi gözlənilir.

Növbəti ildə qeyri-dövlət investisiyaları 8,7 mlrd. manat olmaqla, ümumi investisiyaların 43,9%-ini təşkil edəcək. Dövlət investisiyalarının ümumi investisiyalardakı payı isə 56,1% (11,1 mlrd. manat) olacaq.

2015-ci ildə əhalinin gəlirlərinin 2014-cü ilin gözlənilən göstəricilərinə nisbətən 5,8% artaraq 43,8 mlrd. manat, xərclərinin isə 5,2% artaraq 32,0 mlrd. manat olacağı proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR