I Avropa Oyunları zamanı internet və mobil xidmətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmin edəcək

I Avropa Oyunları zamanı internet və mobil xidmətləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmin edəcək
# 04 avqust 2014 09:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin tövsiyələrinə uyğun olaraq, oyunların keçiriləcəyi 20 stadion, arena, idman mərkəzlərinin və 41 təşkilati məkanın keyfiyyətli, fasiləsiz, dayanıqlı telekommunikasiya, internet və mobil xidmətlərlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilməsi nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, bu barədə adıçəkilən nazirlik tərəfindən nəşr olunan “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda qeyd olunub.

Qeyd edək ki, oyunların keyfiyyətli və dayanıqlı telekommunikasiya və radiotezliklərlə təmin edilməsi məqsədilə I Avropa Oyunlarının təşkili üzrə yaradılmış Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə nazirlikdə mütəmadi müzakirələr aparılır.

Bundan başqa, rabitə xidmətlərinə olan tələbatlar müəyyənləşdirilir və oyunların sözügedən xidmətlərlə təminatı üçün müvafiq işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR