Türkiyə və Gürcüstan arasında energetika sahəsində saziş imzalanıb - FOTO

Türkiyə və Gürcüstan arasında energetika sahəsində saziş imzalanıb - <span style="color: red;">FOTO
# 09 aprel 2015 22:24 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sazişin imzalanması mərasimində Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız iştirak edib.

Məlumata görə, tərəflər energetika sahəsində enerjinin alınması, infrastrukturun inkişafı və enerji satışı planları ilə bağlı birgə layihələr həyata keçirəcəkləri ilə bağlı razılığa gəliblər.

Müqaviləyə əsasən, regionda ilk dəfə olaraq 2016-cı ilin sonunadək Gürcüstan-Türkiyə birgə uzunmüddətli enerji ötürülməsi şəbəkəsi planı hazırlanacaq. İmzalanan ikitərəfli beynəlxalq müqaviləyə enerji ehtiyatlarını təmin edən su elektrik stansiyalarının tikintisi, həmçinin enerji səmərəliliyinin gücləndirilməsi daxildir.

Gürcüstan və Türkiyə tərəfinin razılığı ilə operatorlar Avropa İttifaqının təcrübəsindən bəhrələnərək elektrik enerjisinin ötürülməsi sisteminə qoşulmaq üçün Avropa Texniki Standartlarına uyğun layihələr həyata keçirməlidir. Bu layihələrdə elektrik enerjisinin ötürülməsi Avropa qanunvericiliyinin normativ tələblərinə cavab verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR