İmişlidə "Azərişıq" ASC-yə məxsus 320 kVt-luq transformator yanıb

İmişlidə "Azərişıq" ASC-yə məxsus 320 kVt-luq transformator yanıb
# 02 iyun 2015 20:58 (UTC +04:00)

Bakı-APA. İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xoşçobanlı kəndində "Azərişıq" ASC-yə məxsus gücü 320 kVt olan transformatorda baş verib. Nəticədə transformatorun yağ çəni yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR