Gəncədə məktəblini maşın vurub

Gəncədə məktəblini maşın vurub
# 11 noyabr 2015 11:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Gəncə şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Şəhər sakini, 2001-ci il təvəllüdlü Rəsul Əsgərzadə yolu keçmək istəyərkən hələ markası məlum olmayan avtomobil tərəfindən vurulub. Sürücü yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR