“Qarabağ” – “Yanq Boyz” matçı litvalı hakimlər briqadasına həvalə edilib

“Qarabağ” – “Yanq Boyz” matçı litvalı hakimlər briqadasına həvalə edilib
# 21 avqust 2015 19:36 (UTC +04:00)

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçının hakimləri müəyyənləşib. Apasport.az-ın "Qarabağ"ın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu görüşü litvalı hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Gediminas Mazeykaya olacaq. Ona həmyerliləri Vitautas Simkus və Vitenis Kazlauskas kömək edəcək. Sergeyus Sliva isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR