Səhiyyə Nazirliyi 17 yaşlı talassemiya xəstəsinin ölümü ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb - VİDEO

Səhiyyə Nazirliyi 17 yaşlı talassemiya xəstəsinin ölümü ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 13:41 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparılan araşdırmaların ilkin rəyinə əsasən, talassemiya xəstəsi olan Gülarə Həsənli qarpızdan zəhərlənmə deyil, kəskin ürək-damar çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Məlumata görə, xəstə ilkin olaraq valideynlərin təkidi ilə Talassemiya Mərkəzinə gətirilib: “Lakin burada reanimasiya şöbəsi olmadığı üçün onun Qan Köçürmə İnstitutuna aparılması vacib hesab edilib. Sonradan xəstə Qanköçürmə İnstitutuna gətirilib və burada reanimasiya şöbəsində lazımi tədbirlər görülsə də, artıq gec olub. 17 yaşlı xəstənin kəskin ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişdiyi bildirilir. Bu da talassemiyalı xəstələrdə qeydə alına bilən haldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR