“Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsinə start verilib

“Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsinə start verilib
# 10 iyul 2014 07:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə DVC tərəfindən gənclər arasında “Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsinə start verilib.

Fonddan APA-ya verilən xəbərə görə, layihədə Azərbaycanın 8 bölgəsinin 15 ali təhsil müəssisəsini təmsil edən gənclər iştirak edəcək. Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında komanda ruhunun formalaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması, qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsi və onların gələcək əməkdaşlıqlara həvəsləndirilməsidir.

“Kod Da Vinçi” məntiqi intellektual oyunu - bir komanda oyunudur. Oyunun əsas mahiyyəti komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR