Əli Həsənov: "Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu"

Əli Həsənov: "Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu"
# 07 may 2015 10:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Xəzəryanı ölkələr arasında ən əhəmiyyətli geoiqtisadi və geostrateji mövqe Azərbaycana məxsusdur: "Yürüdülən düzgün iqtisadi siyasət Azərbaycanı Avrasiyanın mənəvi mərkəzinə çevirib. Ölkə beynəlxalq birliyin artan enerji ehtiyacına uyğun enerji siyasəti yürüdərək öz əhəmiyyətini artırıb. Hazırda Qazaxıstan, Türkmənistan və Azərbaycan artan enerji tələbatında ən alternativ mənbə hesab olunur. Azərbaycan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri ilə bağlı strateji seçim etdi, bu, Azərbaycanın geostrateji əhəmiyyətini, nüfuzunu artırdı. Hazırda Bakı-Subsa, Bakı-Novorosiysk, BTC kimi illik gücü 70 mln ton, Bakı-Tbilisi-Ərzurum və digər qaz kəmərləri sayəsində ötürmə qabiliyyəti 30 milyard kubmetr olan şəbəkəyə malikdir. TAP və TANAP bu sahədə imkanları daha da artıracaq”.

Ə. Həsənov bildirib ki, TAP və TANAP Cənubi Qaz Dəhlizinə yeni nəfəs gətirib: "Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu, Cənub Qaz Dəhlizini xilas etdi".

Ölkənin nəqliyyat dəhlizi kimi oynadığı roldan danışan Ə. Həsənov bildirib ki, nəqliyyat sistemi yenidən qurulub: "Azərbaycan mili vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir və buna söykənərək müstəqil xarici siyasət yürüdür. Heydər Əliyevin nüfuzu və idarəetmə qabiliyyəti sayəsində ilk 10 ildə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq mümkün olub. Nəticədə həm dövlət uğurlu neft strategiyasını reallaşdırıb, həm də iqtisadi inkişafının əsasını yaradıb. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mili maraqlarına söykənən, beynəlxalq aləmdə sözünü deyə bilən dövlətə çevrilib. Bu gün Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarla əməkdaşlıq edərək qlobal siyasətdə çəkisi və rolunu artırır. Azərbaycanın maddi v insan resursları, bu sahədə yürütdüyü siyasət mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hazırda Azərbaycanın 4,6 milyard ton təsdiqlənən, 10 milyard ton ehtimal olunan enerji ehtiyatları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR