Nəqliyyat Nazirliyi 800-dən artıq avtobus sürücüsünün maaşını plastik kartla verəcək

Nəqliyyat Nazirliyi 800-dən artıq avtobus sürücüsünün maaşını plastik kartla verəcək
# 18 may 2015 09:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin və Yük Daşımalarının təşkili” MMC tərəfindən 810 avtobus sürücüsü ilə müqavilə bağlanıb və onlara plastik maaş kartları hazırlanıb”.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov bildirib.

“Müqavilə imzalanan taksi sürücülərinin sayı isə 1 258-dir və bağlanan müqavilələrə uyğun plastik maaş kartları sifariş edilib, onlardan 1 133 alınaraq sürücülərə paylanmasına başlanılıb”, - deyə H. Salamov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR