Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayında azalma müşahidə olunur

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayında azalma müşahidə olunur
# 27 oktyabr 2015 09:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına nəzarətin gücləndirilməsi uşaqlar arasında sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının da azalması ilə müşahidə olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfərə yaxın və ya 35%-dək azalıb. Bu dövrdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlər sırasında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilənlərin xüsusi çəkisi 35,7%-dən 23,7%-ə enib.

Qeyd olunan uşaqların bərpa-müalicəsi istiqamətində də müvafiq işlər aparılır. Cari ilin ötən dövründə ƏƏSMN tərəfindən ötən illə müqayisədə 52,1% çox şəxsin, yəni 245 nəfərin xaricdə bərpa müalicəsi təşkil edilib ki, onlardan 130 nəfəri (53%) sağlamlıq imkanları məhdud uşaqlar olub. Bu da ötən illə müqayisədə 52,9% çoxdur. Həmin uşaqlar valideynlərindən birinin müşaiyəti ilə Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə göndərilərək ixtisaslaşmış bərpa müalicəsi kursu keçiblər.

Cari ilin 9 ayında ƏƏSMN-nin bərpa-müalicə müəssisələrində müvafiq xidmətlərlə təmin olunan 5 min nəfərə yaxın və protez-ortopedik bərpa xidməti göstərilən 7,2 min nəfərə yaxın şəxslərin bir hissəsini də sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib. Bununla yanaşı, hazırda nazirliyin Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun şəraitin və qabaqcıl təcrübə əsasında reabilitasiya sisteminin yaradılması işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR