Turizm və Menecment Universitetində yeni kafedra müdirləri seçilib

Turizm və Menecment Universitetində yeni kafedra müdirləri seçilib
# 13 iyul 2016 11:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) kafedra müdirləri seçkisi başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 12 may 2016-cı il tarixində ATMU-da 5 illik fəaliyyəti tamam olan kafedra müdirliyinə yeni namizədlərin seçki yolu ilə seçilməsi üçün elan verilib.

ATMU-nun Kafedra müdiri və dekan vəzifəsinə seçkilər üzrə komissiyasının qərarı ilə dosent Vüqar Mehrəli oğlu Nəzərov “İqtisadiyyat” kafedrasının, dosent Əzizə Qurban qızı Məmmədova “İngilis dili” kafedrasının, dosent Kəmalə Təhsin qızı Kərimova “Dillər” kafedrasının müdiri vəzifəsinə təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR