Rusiya vətəndaşları Azərbaycanda qəzaya düşüblər

Rusiya vətəndaşları Azərbaycanda qəzaya düşüblər
# 29 sentyabr 2015 08:27 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Pirvahid yolunda Quba rayonu, Birinci Nügədi kənd sakini Xəlifəyev Fəxrəddin İmammədin oğlunun idarə etdiyi 50 CA 268 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Rusiya Federasiyasının Astarxan vilayətinin sakinləri olduğu bildirilir.


Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR