Xədicə İsmayılovaya 9 illik həbs cəzası istənilib - VİDEO

Xədicə İsmayılovaya 9 illik həbs cəzası istənilib - <span style="color: red;">VİDEO
# 21 avqust 2015 10:15 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Ramazan Hadıyev çıxışında bildirib ki, X. İsmayılovanın ittiham olunduğu maddələr üzrə təqsiri məhkəmə istintaqı dövründə sübuta yetirilib. O, məhkəmədən Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra çıxış üçün söz X. İsmayılovanın vəkilləri – Cavad Cavadlı və Fariz Namazlıya verilib. Lakin onlar çıxışa hazır olmadıqlarını bildiriblər və məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Buna görə proses avqustun 26-na təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR