VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
# 05 avqust 2016 18:47 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı və Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün festivalın bağlanış mərasimində Ukraynanın “Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub.

Həmçinin, bu gün Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında təşkil olunan konsertdə Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan pianoçu Nərmin Nəcəfli, Bilkent Universitetinin və Ankara Şopen Musiqi Mərkəzinin müəllimi pianoçu Nurlan Bağırov, Bilkent Universitetinin müəllimi türkiyəli pianoçu Çiğdem Çilesiz iştirak edib. Konsertdə Avropa və Azərbaycan bəstəkarları V.A.Motsart, K.Debüssi, F.List, F.Bədəlbəyli, S.Raxmaninov, S.Rüstəmov, T.Quliyev, A.Piazolla və K.Qardelin musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, festivalı çərçivəsində avqustun 2-dən 5-dək keçirilən Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi də başa çatıb. “Qafqaz Resort” otelində təşkil olunan müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdiriblər. Avqustun 5-də qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.Gənc pianoçulardan birinci yeri tutan Vurğun Vəkilov və Anna Kavalerovanın (Rusiya) hər birinə 2500 dollar, ikinci yerə çıxan Tofiq Şıxıyev və Yevgeniya Antonovanın (Rusiya) hər birinə 1500 dollar pul mükafatı verilib. Müsabiqədə 3-cü yeri tutan olmayıb. Lakin, pianoda yaxşı ifalarına görə başqalarından fərqlənən Rəşid Behbudov və Atabala Manafzadənin hər birinə 500 dolar pul mükafatı və həvəsləndirici diplom təqdim edilib. Müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Maleki olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR