Prezident İlham Əliyev: “Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir"

Prezident İlham Əliyev: “Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir"
# 14 iyul 2016 11:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır”.

APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib. “Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik, çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”, - deyə o, söyləyib.

Azərbaycan dövlət başçısı iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb. Prezident qeyd edib ki, birgə sənaye komplekslərinin yaradılması çox vacibdir: “Həm ağır sənaye, hə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanlar var".

Pyotr Poroşenko isə Azərbaycan ərazisində "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdiklərini deyib: “Ən perspektiv layihələrdən biri Azərbaycana "An-178" təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR