Gürcüstan XİN Rusiya hərbi helikopterinin ölkənin hava məkanını pozduğunu açıqlayıb

Gürcüstan XİN Rusiya hərbi helikopterinin ölkənin hava məkanını pozduğunu açıqlayıb
# 20 avqust 2015 10:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Gürcüstanın hava məkanının Rusiya hərbi helkopteri tərəfindən pozulması Rusiya tərəfinin təxribatıdır”.

APA-nın “Sputnik-Georgia” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına deyilir. Ötən gün Rusiyanın “Mi-8” helikopterinin Gürcüstanın Zardiantkari kəndi üzərində göründüyünü deyən nazirlik bu kimi addımların təxribat xarakteri daşıdığını və stabilli və təhlükəsizliyə təhdid olduğunu bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırıb. XİN Avropa İttifaqı müşahidəçi missiyasını və Cenevrə danışıqları həmsədrlərini Rusiyanın bu hərəkətinə müvafiq qiymət verməyə səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR