Bakıda saxta sənədlə torpaq satan şəxs barəsində cinayət işi başlanıb

Bakıda saxta sənədlə torpaq satan şəxs barəsində cinayət işi başlanıb
# 20 avqust 2015 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda saxta sənədlə torpaq satan şəxs barəsində cinayət işi başlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2014-cü ilin yanvarında Bakı şəhər sakini Cəfər Əminovun saxta sənəd tərtib edərək paytaxt sakini Xuraman Rüstəmovaya 29000 manata torpaq sahəsi satması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR