"AXA Mbask" Şəkidə "Yaşıl gələcək" adlı ekoloji aksiya keçirib

"AXA Mbask" Şəkidə "Yaşıl gələcək" adlı ekoloji aksiya keçirib
# 09 iyun 2015 06:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "AXA Mbask" korporativ sosial məsuliyyət çərçivəsində, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Yaşıl gələcək" adlı ekoloji aksiya keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları Aran bölgəsi filialın sığorta agentləri ilə birlikdə M.F Axundov adına parkda 50-dən çox Eldar şamı ağacı əkiblər.

İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilib. Bağın əməkdaşları peşəkar təlimat aparıblar. Təlimat zamanı aksiya iştirakçıları ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olub, zəruri inventar və suvarma üçün su ilə təmin ediliblər.

Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR