Azərbaycanda əmək pensiyalarının aprel ayı üzrə maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Azərbaycanda əmək pensiyalarının aprel ayı üzrə maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
# 23 aprel 2015 10:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi aprel ayının 20-si tarixinə tam yekunlaşıb.

Ümumilikdə cari ilin 3 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

2015-ci ilin 3 ayı ərzində fondun gəlirləri 751,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,5% və ya 39 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7% artaraq 410 mln. manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 270 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12% və ya 29 mln. manat çoxdur. Cari ilin 3 ayı ərzində Fondun xərcləri 725,7 mln. manat olub və bunun 713,7 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

İlkin məlumatlara əsasən hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 203 nəfər təşkil edir. Onların 60,6%-ni yaşa görə, 28,5 %-ni əlilliyə görə, 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR