Mingəçevir sakini həmyerlisini bıçaqlayıb

Mingəçevir sakini həmyerlisini bıçaqlayıb
# 30 sentyabr 2015 16:38 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, 1983-cü il təvəllüdlü Həbiyev Amil Sədrəddin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1967-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəs oğluna bıçaqla xəsarət yetirib.

N. Məmmədov Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR