May ayında Supsa limanından ixrac olunacaq Azərbaycan neftinin həcmi açıqlanıb

May ayında Supsa limanından ixrac olunacaq Azərbaycan neftinin həcmi açıqlanıb
# 28 aprel 2015 09:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. May ayında Supsa limanından 4 partiyadan ibarət “Azəri Light” markalı neft ixrac olunacaq.

APA-Economics” Platts.com xəbər portalına istinadən xəbər verir ki, neftin bir hissəsi Batumi limanından xaricə göndəriləcək.

Məlumata əsasən, aprel ayından dəyişməyən proqrama uyğun olaraq Gürcüstanın Supsa limanından göndəriləcək “Azəri Light” markalı neftin hər partiyası 600 min bareldən ibarət olacaq.

May ayında bu terminalda yükləmənin həcmi azalacaq. Başqa sözlə, əgər apreldə Supsa limanından gündəlik 80 min barel neft göndərilibsə, may ayında bu göstərici orta hesabla 77 419 barel təşkil edəcək.

Qeyd edək ki, ixrac olunan neftin iki partiyası SOCAR-a, qalanı isə BP və “Itochu”ya məxsusdur.

“Azəri Light” markalı neftin daha çox ixrac olunduğu Türkiyənin Ceyhan limanından may ayında ümumilikdə neft yüklənməsi 1,7 mln. barel artaraq 22,8 mln. barelə çatacaq. Başqa sözlə, gün ərzində bu limandan 32 151 barel neft göndəriləcək.

600 min bareldən ibarət neftin bir hissəsi Gürcüstanın ay ərzində 1-2 yüklənmənin həyata keçirildiyi Batumi limanından göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR