Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 İyun
# 17 iyun 2016 18:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Bazara təsir vasitələrinin artması neftin bahalaşmasının qarşısı alan əsas amillərdən bəlkə də birincisidir. ABŞ-da şist neft hasilatı qiymətlər 50 dollardan baha olarkən səmərə verir. Qiymətin bu həddən aşağı düşməsi ilə şist yataqlarında hasilat dayanır, hasilatın dayanması ABŞ-ın xam neft ehtiyatlarının azalması deməkdir, ehtiyatların azalması isə bazarda qiymətlərin yenidən bahalaşması deməkdir. Neftin qiyməti 50 dollar həddini keçdikdə ABŞ-da şist yataqlarında hasilat yenidən bərpa olunur, ehtiyatlar artır, bazara əlavə həcm daxil olduğuna görə qiymətlər yenidən 50 dollardan aşağı düşür. Bu zəncirvari proses qiymətlərin aşağı-yuxarı 50 dollar ətrafında sabitləşməsini təmin edir. ABŞ-ın bir neçə il əvvəl neft bazarına bu dəfə hasilatçı ölkə qismində daxil olması bu sektorda OPEK-in inhisarçı mövqeyini zəiflədib. OPEK-in əlində qiymətləri bahalaşdırmaq üçün ehtiyat vasitə həmişə var, kartel hasilatı azaltmaqla bazarda qiymətləri istənilən səviyyəyə qaldıra bilər. Amma OPEK üzvləri arasında münasibətlər, ABŞ-ın kartelə təsir mexanizmləri buna imkan vermir. Bu mənada cənab Kudrinin fikirləri ilə razılaşmamaq mümkün deyil.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR