Rusiyalı professor Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsi keçib

Rusiyalı professor Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsi keçib
# 23 sentyabr 2015 09:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsi keçib.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, Dmitri Çerbadjinin ustad dərsində Musiqili Teatrın rəssamları, dekor, işıq, butafor sexinin əməkdaşları, modelyer, proqramçı, dizayner və rəhbərliyin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, V. Surikov adına Ali Rəssamlıq İnstitutunun Teatr rəssamlığı şöbəsinin rəhbəridir. 70-dən çox dramatik, opera və balet tamaşalarının quruluşçu-rəssamıdır.

Onun quruluş verdiyi tamaşalar MDB dövlətləri ilə yanaşı, Yunanıstan (Afina), Türkiyə (İstanbul), Litva (Vilnüs), Çin və başqa ölkələrin teatrlarında da nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR