“Bank VTB (Azərbaycan)” kuryer xidmətlərinin göstərilməsi üzrə tender elan edir

“Bank VTB (Azərbaycan)” kuryer xidmətlərinin göstərilməsi üzrə tender elan edir
# 02 iyul 2015 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bank VTB (Azərbaycan)” ASC Azərbaycanın hüdudları daxilində kuryer xidmətlərinin göstərilməsi üzrə tender elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tender sənədləri ilə bankın Xətai prospekti, 38, “Messenat Plaza”, AZ 1008, “Bank VTB (Azərbaycan)” ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 08 iyul 2015-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 “Messenat Plaza”, AZ 1008, “Bank VTB (Azərbaycan)” ünvanında yerləşən bankın baş ofisinə təqdim edilməlidir.

“Bank VTB (Azərbaycan)”ın Müsabiqə (Tender) komitəsi. Əlaqələndirici şəxs: Rüfət Sultanov

Telefon: 012 492-00-80 (daxili nömrə 1252)

Faks: 012 437-71-21

Mob.: 050 286-00-87

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR